`Bizi quldur Ermənistan hakimiyyətindən xilas edin` - Azərbaycan hakimiyyətinə çağırış
17:13 05 Yanvar 2017
Bu gün səhər xəbər verdiyimiz kimi, sosial şəbəkələrin daha bir aktiv istifadəçisi, ictimai fəal və insan hüquqları pozulmuş Ermənistan vətəndaşı Azərbaycan hakimiyyətinə son ümid yeri kimi müraciət edərək, hüquqlarının bərpa edilməsini istəyib.
T.Arzumanyan və onun ailə üzvləri – həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti tərəfindən total izlənmənin qurbanlarıdır. Bundan əlavə, Azərbaycan hakimiyyətinə müraciətin müəllifi qeyd edir ki, Ermənistan-Azərbaycan sülh platformasının yaradılması təşəbbüsünü xüsusi maraqla izləyib və qrupun iştirakçılarını səmimi qəlbdən dəstəkləyir.
T.Arzumanyan şəxsi "Facebook" səhifəsində yazıb: "Mən və ailəm Azərbaycana qayıtmağımızı və quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirik". Maraqlıdır ki, Yerevanda yaşayan 54 yaşlı müəllim Tamella Asratovna Arzumanyan, özünün bildirdiyinə görə, Azərbaycanda anadan olub.
T.Arzumanyanın müraciəti onun şəxsi səhifəsində Yeni İldən az öncə, dekabrın 27-də dərc olunub. Bundan dərhal sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, mənəvi və fiziki təzyiqlərə məruz qalıb.
Qeyd edək ki, T.Arzumanyan Virtualaz.org-a müsahibəsində təhlükəsizliklərinə təminat verildiyi təqdirdə ailəliklə Azərbaycana gəlməyə hazır olduqlarını deyib.
Femida.az
Oxunub: 12305
Oxşar xəbərlər
- `Bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər` - Sarkisyan
- `Bizim kifayət qədər neftimiz var` - İlham Əliyev
- `Bizi azad görmək istəmirlər` - `Qoca`nın yeni görüntüləri
- `Bizim idmançılar çox peşəkar və vətənpərvərdir` - İlham Əliyev
- `Bizi o vaxt dayandırmasaydılar...` - Zakir Həsənov aprel döyüşlərindən danışdı
- `Bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur` - Mehriban Əliyeva
- `Bizim gücümüzün mənbəyi keçmişimizdir` - İlham Əliyev
- `Bizi nümunə kimi göstərirlər` - İlham Əliyev
- `Bizim sizə pisliyimiz dəyməz` - Brüssellə əlaqələr yeni mərhələdə
- `Bizimlə hesablaşırlar` - Azərbaycan prezidenti